Bərdədə ailə faciəsi

Bərdədə ailə faciəsi
  19 Avqust 2013    Oxunub:1311
Bərdədə dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan Hidayətovlar ailəsinin 4 yaşlı üzvü eyvanın pəncərəsinə vurulan tora söykənərək küçəyə baxmaq istəyib.

Torun qırılması nəticəsində 2009-cu il təvəllüdlü Hidayətov Kənan Samir oğlu beşinci mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


Teqlər:





Xəbər lenti