Jurnalistlər `ASAN Radio`nun qonağı oldu- FOTOLAR

Jurnalistlər `ASAN Radio`nun qonağı oldu- FOTOLAR
  22 Dekabr 2016    Oxunub:7755
Bu gün "ASAN Radio"ya mediatur təşkil olunub.
AzVision.az-ın əməkdaşlarının da iştirak etdiyi tədbirdə jurnalistlər "ASAN Radio"da yaradılan iş prosesi ilə yaxından tanış olublar. Həmçinin "ASAN News", Gənclər və idman redaksiyası, efir otağı, musiqi verilişləri departamenti və digər redaksiyalarla tanışlıq olub.



"ASAN Radio"nun direktoru Emin Musəvi jurnalistlərə bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan “ASAN Radio” 2015-ci il dekabrın 24-də yayıma başlayıb.
Direktor bildirib ki, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olan “ASAN Radio” sosial, elm, idman, mədəniyyət və digər sahələrdə maraqlı, faydalı verilişlər hazırlayaraq dinləyicilərə təqdim edir:



“ “ASAN Radio” həm “ASAN xidmət” mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır, vətəndaşlarla dövlət qurumları arasında əlaqəni möhkəmləndirir. Xəbər istehsalçısı olan “ASAN Radio” məlumatları dinləyicilərə operativ şəkildə çatdırır. Radionun məqsədi xəbərin əsas mesajını 1-2 saat ərzində deyil, 2-3 dəqiqə ərzində çatdırmaqdır. Biz yeni üsullar əsasında işləyirik. Proqram və verilişlərə, xüsusi reportajlara və radioçarxlara üstünlük veririk. Biz özümüz də xəbər istehsal etməyə çalışırıq. “ASAN Radio” həm də gələcəyin media işçilərini yetişdirir. "ASAN könüllüləri" burada "Master-2" proqramı çərçivəsində təcrübə keçirlər, mediaya aid olan müxtəlif peşələri öyrənirlər. Onlar iş prosesində də iştirak edirlər. Artıq könüllülərin bir neçəsi "ASAN Radio"da işə götürülüb. Könüllülərlə bir yerdə radionun 30 nəfər əməkdaşı var".



E.Musəvi qeyd edib ki, “ASAN Radio” sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, videoreportajlar yayımlayır:

"Radio Azərbaycan və dünya musiqisindən seçmələri dinləyicilərə təqdim edir. “ASAN Radio” beynəlxalq əlaqələr və radiokörpülər qurur, ölkəmizdə və beynəlxalq miqyasda keçirilən mötəbər tədbirləri canlı yayımlayır, sosial aksiyalarda iştirak edir. Müxtəlif dövlət qurumları, həmçinin bizneslərini inkişaf etdirən özəl strukturlar “ASAN Radio”nu etibarlı tərəfdaş olaraq seçir və təbliğat platformasından yararlanırlar. “ASAN Radio” Bakıda və Abşeron yarımadasında 100 FM tezliyində yayımlanır. Bundan b­aşqa­, radionu asanra­dio.a­z saytı vasitəs­ilə və­ xüsusi olaraq­ “ASAN ­Radio” üçün h­azırlana­n mobil tətb­iqlərdən istifadə et­məklə dinl­əmək mümkü­ndür. Radionun dinlə­yici auditoriyası gün­dən günə genişlənir­".






Anar Kəlbiyev
Foto:Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti