Prezidentdən Misirdəki hadisələrlə bağlı təlimat

Prezidentdən  Misirdəki hadisələrlə bağlı təlimat
  18 Avqust 2013    Oxunub:914
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinə təlimat verilib

AzVision.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Misirdə baş verən hadisələr ilə əlaqədar Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatının və təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinə təlimat verilib.

Məlumatda deyilir ki, Azərbaycan vətəndaşlarının təxliyyəsinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülməkdədir.


Teqlər:  





Xəbər lenti