Allahşükür Paşazadə İordaniyaya səfər edəcək

Allahşükür Paşazadə İordaniyaya səfər edəcək
  17 Avqust 2013    Oxunub:1046
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Əhl-əl-Beyt” Kral Fikir müəssisələri Akademiyasının təşkil etdiyi tədbirdə iştirak üçün sabah İordaniyaya səfər edəcək.

QMİ-nin mətbuat xidmətində AzVision.az– a verilən məlumata görə, İordaniya Haşimilər dövlətinin kralı Əlahəzrət II Abdullahın himayəsi ilə fəaliyyət göstərən, şahzadə Əmir Ğazi bin Mühəmmədin rəhbərlik etdiyi Akademiya dünya miqyasında İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi istiqamətində qiymətli araşdırmaları, habelə dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yönündə uğurlu səyləri ilə tanınır.

Şeyxülislam Allahşükür Paşazadə Al-əl Beyt İordaniya Kral Akademiyasının həqiqi üzvüdür və 2007-ci ildə İordaniya dövlətinin ali mükafatı - I dərəcəli Kral Hüseyn ordeni ilə ilə təltif olunub. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında İslam dəyərlərinin roluna həsr olunmuş bu dəfəki toplantıda Şeyxülislam A. Paşazadə məruzə ilə çıxış edəcək. Öz məruzəsində QMİ sədri müasir Azərbaycanda bu gün dinin öz layiqli yerini tutması, son 20 il ərzində dünyəvi dövlət şəraitində dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirməklə nümunəvi məkan kimi dünyanın gündəmində olması, habelə ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqu dəstəkləməsi məsələlərinə toxunacaqdır. Şeyxülislam A. Paşazadənin İordaniya dövlətinin ali rəhbərliyi və İslam dünyasının tanınmış xadimləri ilə görüşlər keçirəcəyi nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti