Milli Şuranın əzrayılları kimlərdir?

 Milli Şuranın əzrayılları kimlərdir?
  17 Avqust 2013    Oxunub:1018
`Əgər Milli Şuranın növbəti sessiyasında da kimlərsə "Rüstəm bəy gələ bilər" deyib daha bir intelektualın namizəd irəli sürülməsinə qarşı çıxacaqlarsa, sonra da Rüstəm bəy gəlməyəcəksə, bu, Milli Şuranın sonu olacaq`.

AzVision.az xəbər verir ki, bunu Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli deyib. Partiya funkisioneri bildirib ki, Milli Şura daxilindəki bəzi qüvvələr əgər alternativ namizəd seçmək haqqında düşünməsələr təşkilatın uzun müddət qalmaq şansı olmaycaq.

`Amma belə görünür ki, bir çoxlarını bu təhlükə narahat etmir. Məntiqlə bu gunlərdə, mitinqə hazırlıqla bərabər, həm də namizəd boranı ilə bağlı rəsmi danışıqlar davam etdirilməli idi. Belə görünür ki, keçən sessiyada bu məsələni təxirə salanlar namizədin dəyişməsi təklifini heç bir halda qəbul etməyəcəklər. Hətta Milli Şuranın dağılması hesabına olsa bele, vahid namizədin "yaxın ətrafı" olmağın dadını çıxaracaqlar...`.

AzVision.az


Teqlər:  





Xəbər lenti