XİN-dən Misirlə bağlı çağırış

XİN-dən Misirlə bağlı çağırış
  17 Avqust 2013    Oxunub:1130
Azərbaycan Xarici İşlər Nazirliyi də, Misirdən məzuniyyət və tətillə əlaqədar ölkəmizə dönən azərbaycanlıları Misirə qayıtmağa tələsməyə çağırır.
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib ki, hazırda tətil və məzuniyyətlə bağlı ölkəmizdə olan azərbaycanlılar Misirə qayıtmağa tələsməsinlər:

"Azərbaycan XİN-nin tövsiyyəsi odur ki, həmin vətəndaşlar Misirə getməyi ertələsinlər. Düzdür, hazırda bizim Misirdə həmvətənlərimiz var. Amma onlara da xəbərdarlıq edilib ki, iğtişaş baş verən ərazilərdən kənar olsunlar. Və həmin həmvətənlərimizlə daim əlaqə saxlanılır. Bununla belə Azərbaycan XİN öz vətəndaşlarını Misirə qayıtmağı mümkün qədər təxirə salmağı, bu ölkəyə qayıtmağa tələsməməyə səsləyir”,- deyə o, movqe.az-a açıqlamasında bildirib.

E. Abdullayev Misirdə dövlət xəti ilə təhsil alan tələbələrin hələki tətildə olduqlarını, tələbələrlə bağlı narahatçılığın olmadığını söyləyib.


Teqlər:  





Xəbər lenti