Məhərrəmliklə bağlı monitorinqlərin nəticələri

Məhərrəmliklə bağlı monitorinqlərin nəticələri
  23 Noyabr 2016    Oxunub:1787
Məhərrəm ayı ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən digər yerli icra strukturları, hüquq-mühafizə orqanları ilə birlikdə bölgələrdə, o cümlədən Bakıda monitorinqlər keçirilib.
AzVision.az xəbər verir ki, bunu Trend-ə komitənin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, monitorinqin nəticələrinə əsasən bu il əvvəlki illərlə müqayisədə məhərrəmlikdə xeyli sakitlik müşahidə olunub: “İnanclı insanların dini ayin və mərasimləri keçirməsi üçün zəruri şərait yaradılıb və hüquq-mühafizə orqanları tərəfindən onların təhlükəsizliyi təmin edilib. Bir sözlə dini ayin və mərasimlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Bir sıra kiçik hallar istisna olmaqla ciddi qanun pozuntuları aşkar olunmayıb. Həmçinin ciddi bir radikallıq, fanatiklik əməlləri müşahidə edilməyib”.

S.Heydərovun sözlərinə görə, monitorinq zamanı müəyyən olunub ki, Məhərrəm ayında keçirilən tədbirlərlə bağlı internet vasitəsilə yayılan bir sıra xoşagəlməz videoçarxalar köhnə illərə təsadüf edir: “2002-2005-ci illərdə çəkilmiş video materiallar bu il yenidən internetdə yerləşdirilib və bu ilki video kimi göstərilib. Ancaq müəyyən olundu ki, bu videolar köhnə illərə aiddir. Bu il elə bir radikallıq, aqressivlik müşahidə edilməyib”.

Komitə sədrinin müavini əlavə edib ki, Məhərrəm ayı ərəfəsində və dövründə kütləvi maarifləndirici tədbirlər keçirilib: “Yəni ictimaiyyətlə, o cümlədən inanclı insanlarla, gənclərlə görüşlər keçirilib, qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklər barədə məlumatlar verilib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti