Prezident Kamboca kralını təbrik edib

Prezident Kamboca kralını təbrik edib
  08 Noyabr 2016    Oxunub:1508
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın kralı əlahəzrət Norodom Sihamoniyə təbrik məktubu göndərib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Kamboca xalqına sülh və firavanlıq arzulayıram".

AzVision.az


Teqlər:  





Xəbər lenti