Masallıda məktəbli qızlar üçün tədbir keçirilib - Fotolar

Masallıda məktəbli qızlar üçün tədbir keçirilib - Fotolar
  07 Noyabr 2016    Oxunub:9758
Masallı “ASAN həyat” kompleksində məktəbli qızlar üçün silsilə tədbirlər keçirilib.
Tədbirdə “Azər Türk Bank”, “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “Ultra Technologies” təşkilatlarının nümayəndələri çıxış edərək, İKT-nin cəmiyyətin həyatındakı rolundan, təhsil və karyera sahəsində açdığı imkanlardan danışıblar.

Həmçinin, 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan “İT STEP” Akademiyası və Təhsil Nazirliyinin əməkdaşı tərəfindən iştirakçılara praktiki təlimlər keçirilib. Proqram çərçivəsində Masallı rayonunun ümumi təhsil müəssisələrində təhsil alan qızlar arasında “Breyn-rinq” intellektual oyunu təşkil edilib.

Tədbirin sonunda oyunun qaliblərinə kubok və hədiyyələr təqdim olunub. Tədbir “ASAN xidmət”, Təhsil Nazirliyi, “Azər Türk Bank” ASC və “Femmes Digitales” Klubunun dəstəyi ilə təşkil olunub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti