Buraxılış və qəbul imtahanları birləşdirilə bilər

Buraxılış və qəbul imtahanları birləşdirilə bilər
  22 Oktyabr 2016    Oxunub:2252
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibət bildirib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri deyib ki, bu məsələ müzakirə mövzusudur.

M. Abbaszadə qeyd edib ki, 2 il ərzində bu imtahanların çox yığcam və rahat bir modelinin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

O əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) DİM-də birləşib.

M. Abbaszadə qeyd edib ki, DİM-də ləğvetmə komissiyaları fəaliyyətə başlayıb: “Hazırda çox ciddi ləğvetmə prosesi gedir”.

AzVision.az


Teqlər:





Xəbər lenti