İsmayıllıda güclü leysan: 8 kəndlə əlaqə kəsildi

İsmayıllıda güclü leysan: 8 kəndlə əlaqə kəsildi
  18 Oktyabr 2016    Oxunub:2141
Güclü yağış İsmayıllının 8 kəndinə gedən yolları bağlayıb.
Bu barədə AzVision.az-a İsmayıllı rayon Fövqəlada Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

O qeyd edib ki, selin yaratdığı fəsadlar nəticəsində yüksək dağlıq ərazilərdə yerləşən kəndlərlə əlaqə kəsilib.

“Lahıc qəsəbəsi, Əhən, Həftəsiyab, Murovdağ, Çandahar və s. kəndlərlə əlaqə kəsilib. Ümumiyyətlə, evlərə və əhaliyə ziyan dəyməyib. Eyni amanda İstisu kəndində torpaq sürüşməsi olub. Sürüşmə kəndən 150 metr aralıda olduğu üçün tikilərə ziyan dəyməyib. Torpaq sürüşməsi 500 hektar ərazini əhatə edib”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti