Azərbaycan `Vaşaq` snayperini təqdim etdi - FOTO

Azərbaycan `Vaşaq` snayperini təqdim etdi - FOTO
  28 Sentyabr 2016    Oxunub:15743
Müdafiə Sənayesi Nazirliyi “ADEX 2016" Beynəlxalq Müdafiə Sərgisində yeni snayper tüfəngini təqdim edib.
AzVision.az xəbər verir ki, “Yalquzaq” snayper tüfəngi ailəsinin yeni nümunəsi olaraq hazırlanmış “Vaşaq” ilk dəfə nümayişə çıxarılıb.

MSN-in mütəxəsissləri tərəfindən hazırlanan “Vaşaq” bikalibr snayper tüfəngidir. Zərbə mexanzmini və lüləsini dəyişməklə ondan iki fərqli kalibrdə patronla – 338 Lapua Magnum və 308 Win (7.62×51) patronlardan atəş açmaq imkanı mövcuddur.

Snayper tüfəngi üzərində müxtəlif optik nişangahlar komplektləşdirilə bilir. Silah qatlanan və hündürlüyü tənzimlənən qundağa, ön hissədə ayağa sahibdir. Snayper tüfəngi tək-tək atışlı sistemə malikdir.



Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti