Yavər Camalov nazirlərlə görüşüb

Yavər Camalov nazirlərlə görüşüb
  27 Sentyabr 2016    Oxunub:3895
Müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
MSN-dən AzVision.az-a verilən xəbərə görə, görüşdə iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

Y.Camalov Serbiyanın müdafiə naziri Zoran Corceviçin və Birləşmiş Ərəb Əmirliklərinin müdafiə məsələləri üzrə dövlət naziri Muhammed Ahmed Albavardinin rəhbərlik etdiyi nümayəndə heyətlərini də qəbul edib.

Qonaqlar “ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti