Deputat Şaxtaxtinskidən yazdı : `Ona haqsızlıq etdilər`

Deputat Şaxtaxtinskidən yazdı : `Ona haqsızlıq etdilər`
  21 Sentyabr 2016    Oxunub:2578
“Ümid edirik ki, Aleksis Şaxtaxtinskiyə edilmiş ədalətsizlik aradan qaldırılacaq. Onu məsələnin maddi tərəflərindən daha çox mənəvi tərəfləri narahat edir. Ona işlərində və həyatında uğurlar diləyirik. Çalışdığı təşkilatda bəzi qüvvələrin təzyiqlərinə rəğmən mövqeyindən vaz keçməyən Aleksis bəyə münasibətdə Fransa Xarici İşlər Nazirliyinin addımlar atacağına ümid edirik”.
AzVision.az-ın məlumatına görə, bu sözləri bir neçə saat öncə Şaxtaxtinski ilə görüşən milllət vəkili Qənirə Paşayeva “Facebook” səhifəsində yazıb.

“AŞPA-nın Sosial İşlər Komitəsinin toplantısında iştirak etmək üçün gəldiyimiz Parisdə iclasdan öncə qatıldığımız tədbirlərdən birində ATƏT-in Azərbaycandakı ofisinə rəhbərliyi dövründə bir çox tədbirlərdə birlikdə çıxış etdiyimiz, dəyərli insan, dost Aleksis Şaxtaxtinski ilə qarşılaşdıq və söhbət etdik, geniş fikir mübadiləsi oldu. ATƏT Şaxtaxtinskiyə qarşı böyük haqsızlıq etdi. O, ATƏT-in Azərbaycandakı ofisinə ən yaxşı rəhbərlik etmiş savadlı və peşəkar bir diplomat idi. Amma onun ədalətli fəaliyyəti Azərbaycan əlehinə olan bəzi qərb dairələrini qane etmədi və ədalətsiz bir şəkildə onun işindən uzaqlaşdırılmasına nail oldular. Ona qarşı bu haqsızlığın aradan qaldırılması çox vacibdir”.

Deputat prezident İlham Əliyevin ötən gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşündən söz açıb.

“Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin təmsilçiləriylə görüşündə bu məsələ ilə bağlı çox ciddi fikirlər səsləndirən cənab Prezident məsələnin əsl mahiyyətini açıq şəkildə ifadə etdi və prinsipal mövqeyini bir daha səsləndirdi. Cənab Prezidentin fikirlərini tamamilə dəstəkləyirik. Bir sıra beynəlxalq təşkilatlar anlamalıdırlar ki onların Bakıdakı ofislərinin vəzifəsi Azərbaycan əlehinə çalışmaq deyil, Azərbaycanla əməkdaşlıq şəraitində işlər görməkdir”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti