Deputatlar Fransaya gedir

Deputatlar Fransaya gedir
  19 Sentyabr 2016    Oxunub:1474
Azərbaycan Milli Məclisinin deputatları Sevinc Fətəliyeva və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Parlamentdən AzVision.az-a verilən məlumata görə, tədbirdə insan hüquqları və etik qaydalar; demokratik sistemdə sosial ədalət çatışmazlığı və iqtisadi sistemə inam; tətil və iş hüququ: işçilərin sosial fəaliyyətinin inkişafı; Avropada uşaqların sağlamlığının və onlara qayğının təmin olması və bir sıra digər mövzularda müzakirələr keçiriləcək.

Milli Məclisin deputatı, AŞPA Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova da rəhbərlik etdiyi komitənin iclasında iştirak etmək üçün sentyabrın 21-də Parisə yola düşəcək. Toplantında miqrasiya siyasəti üzrə Avropada demoqrafik dinamikada nöqsan; miqrasiya: Avropanın inkişafı üçün bir şans; Ukrayna böhranının humanitar nəticələri; Fələstinin Qəzza bölgəsində humanitar vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti