Mitinq biabırçılığı: İsa Qəmbər bu dəfə `2` aldı

Mitinq biabırçılığı:  İsa Qəmbər bu dəfə `2` aldı
  19 Sentyabr 2016    Oxunub:26031
Müsavat partiyası bu gün “Məhsul” stadionuna toplaşmışdı. Məqsəd mitinq keçirmək, xalqı etiraza səsləmək idi. Günlərlə sosial şəbəkələrdə, mətbuatda edilən dəvətlərə, xahişlərə baxmayaraq, mitinqə cəmi 500 nəfər gəldi (Bu barədə rəsmi məlumat verilib).

Nəzərə alsaq ki, bunların çoxu jurnalistlər, hüquq-mühafizə orqanının əməkdaşları, həmin ərazidə yaşayan sakinlərdir, yerdə qalır barmaqla sayılası qədər müsavatçı. Onlar da Arif Hacılının, İsa Qəmbərin, Gülağa Aslanlının və digərlərinin qohum-əqrəbaları, dost-tanışlarıdır.

Əvvəlcədən mitinqə çox adamın gəlişi gözlənilmirdi. Bunun bir çox səbəbləri var. Səbəblərdən biri Müsavatın əvvəlki “güc”də olmaması, Arif Hacılının apardığı naşı siyasət və xalqın müxalifəti çoxdan “iqnor” etməsidir. Sonuncu ən başlıca səbəbdir.

İsa Qəmbər “2” aldı

18 sentyabr mitinqi sözün əsl mənasında Müsavatı biabır etdi. Təkcə ona görə yox ki, mitinqə az adam gəlmişdi, əl çalanları, “Azadlıq” qışqıranları yox idi. Ən böyük rəzalət tribunadan başladı.



Müsavatçıların başbiləni İsa Qəmbər əlinə mikrafon alıb öz aləmində “müdrik kəlamlar” söyləməklə kimlərisə coşdurmaq, “qışqırtmaq” istəyirdi. Ağsaqqal siyasətçi əhalinin sayından, ailə tərkibindən sitatlar gətirir, statistik rəqəmlərlə çıxışına rəng qatmağa çalışırdı. Fərqində deyildi ki, özünü gülünc duruma salıb.

İsa Qəmbər deyir: “Əgər hər ailədə orta hesabla 5 nəfər olsa, 10 milyonluq Azərbaycanda orta hesabla 5 milyon ailə var”.

Sabiq başqan bu sözləri ilə riyazi biliklərinin bərbad olduğunu göstərdi. 10 milyonu 5-ə bölməklə 5 milyon hasil edən İsa bəy görünür, Riyaziyyat dərslərindən “yağlı 2” alıb. Adi hesablama aparmaq üçün Riyaziyyat müəllimi olmaq lazım deyil. Orta məktəb biliyi 10-u 5-ə bölməyə kifayət edir. Hansı ki, qoca müsavatçı bunu da bacarmadı.

Yeri gəlmişkən, İsa bəyin nəzərinə çatdırmaq istərdik ki, 10 milyonu 5-ə böləndə 5 milyon deyil, 2 milyon edir.

Mitinqin utancverici anı



Partiyanın Divan üzvü Osman Kazımov çıxışında aprel şəhidlərinə açıq-aşkar sayğısızlıq nümayiş etdirdi. O, Azərbaycan ordusunun aprel əməliyyatlarında qazandığı böyük zəfəri “kiçik bir hadisə” kimi təqdim etdi.

Müsavat üzvünün ordumuzun şərəflə qazandığı aprel qələbəsini “kiçik, şişirdilmiş olay” kimi qələmə verməsi vətən uğrunda şəhid olan əsgərlərimizin, zabitlərimizin ruhuna, onların ailələrinə böyük hörmətsizlik deyilmi? Bəli, bu, hörmətsizlikdən də betərdir. Rəzalətdir.

Aprel şəhidləri sizin, bizin, bütün Azərbaycan xalqı üçün, vətən uğrunda canlarından keçməyiblərmi? Onlara sayğısızlıq etmək üçün gərək ermənidən betər olasan!

Arif Hacılı kimi aldadır?



Başqan postuna gələndən Müsavatı parçalayan Arif Hacılı yenə öz ampuluasındadır. Bu insan hələ də xalqa səslənir, hələ də nəyəsə inanır, kütləni meydanlara çıxarmaq eşqi ilə alovlanır.

Pafoslu çıxışlar, “biz yenə hakimiyyətə gələcəyik, elə edəcəyik, belə edəcəyik” deməklə cənab Hacılı kimi aldadır görəsən? Əlbəttə, özünü. Qarşısında çıxış etdiyi kiçik kütlə belə onun sözlərini qulaq ardına vurur, inanmır. Belə olmasaydı, mitinq başlayanda insanlar meydanı kütləvi şəkildə tərk etməzdi. Bunu anlamaq o qədər də çətin deyil. Kiminsə vədinə aldanıb, xahişini yerə salmayıb “Məhsul”a üz tutan bu zavallılara nə Arif Hacılının yalanları, nə də İsa Qəmbərin təkəbbürlü sözləri lazımdır. Köhnəlmiş yalanlarla xalqı aldatmaq artıq mümkün deyil. Xalq, böyük kütlə onu qoruyan gücün yanında olmalıdır, kimlərinsə sifarişi, hansısa səfirliyin ayırdığı pullarla ölkəni bataqlığa çevirmək istəyənlərin, şəxsi mənafelərini düşünən dəllarların yanında yox. 18 sentyabr mitinqi xalqın kimin yanında olduğunu bir daha sübut etdi. Necə ki, ötən gün Milli Şura “Məhsul” stadionunda çamura batmışdı, Müsavat da eyni aqibətlə üzləşdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti