Statistika Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI

Statistika Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI
  16 Sentyabr 2016    Oxunub:1774
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” qərar verib.
AzVision.az -ın məlumatına görə, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddətinin bitdiyi nəzərə alınaraq, onun yeni tərkibi təsdiqlənib. Sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Şuranın sədri

Budaqov Tahir Yaqub oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Şuranın üzvləri:

Şirinov Fikrət Həsənqulu oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının vergi siyasəti və gəlirlər şöbəsinin müdiri

Quliyev Cəmaləddin Əlibala oğlu - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri

Cəbrayıl Fərid Zəbiyulla oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Baş İdarəsinin rəis müavini

Əhmədov Əzizağa Nəriman oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin gömrük statistikasının təşkili və təhlili şöbəsinin rəisi

İsmayılov Fəxri Yaşar oğlu - Azərbaycan Respublikası Mərkəzi Bankının Statistika Departamentinin direktoru

Tağıyev Çingiz Həsən oğlu - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin müdiri

Səmədov Faiq Mədət oğlu - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibinin müavini

İsaxanlı Hamlet Abdulla oğlu - "Xəzər" Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri

Yaqubov Sakit Məmədi oğlu - Azərbaycan Dövlət İqtisad Universitetinin "Statistika" kafedrasının müdiri

Muradov Allahyar Niyaz oğlu - Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini

İsmayılov Dağbəyi Mirzəxan oğlu - Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) Baş direktorunun müavini

Hacıverdiyev Əşrəfağa Əliağa oğlu - "Bakı Universal Maşınqayırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş direktoru

Quliyev Aydın Alqulu oğlu - "Bakı-Xəbər" qəzetinin Baş redaktoru

Nuriyev Əliməmməd Mali oğlu - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü

Şuranın katibi

Sadıqlı Şahin Əlibala oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi

Qərar artıq qüvvəyə minib.

AzVision.az


Teqlər:  





Xəbər lenti