Erməni əsgərin müəmmalı ölümü: `Onu komandiri öldürüb...`

Erməni əsgərin müəmmalı ölümü: `Onu komandiri öldürüb...`
  23 İyun 2016    Oxunub:4274
Ermənistanda iyunun 17-də ölən 19 yaşlı əsgər Qrant Qriqoryanın ailəsi onun ölümündə komandirlərini ittiham ediblər.
AzVision.az-ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu ilin aprel ayında əsgər sətəlcəm olub. O, 20 gün xəstəxanada qaldıqdan sonra oradan buraxılmasını xahiş edib.

Əsgər yoldaşlarının bildirdiyinə görə, iyunun 16-da, təlimlərdən əvvəl Qriqoryan özünü pis hiss edib, onun temperaturu yüksəlib, öskürməyə başlayıb və komandirinə təlimlərdə iştirak edə bilməyəcəyini deyib.
Buna baxmayaraq komandir onu təlimlərə göndərib. Yolda əsgərin vəziyyəti daha da ağırlaşıb.

“Biz onun özünü güllələməsi versiyasına inanmırıq, yanında heç döyüş patronu da olmayıb”, - deyə əsgərin yaxınları nəşrə bildirib. Artıq əsgərin ölümü ilə bağlı saxlanılanlar var. Onun əsgər yoldaşları da dindirilib.

Qeyd edək ki, Qrant Qriqoryan 11 ay hərbi xidmətdə olub. İxtisasca stomatoloqdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti