`100 dollar 180 manat olacaq` - Deputatın proqnozu

`100 dollar 180 manat olacaq` - Deputatın proqnozu
  23 İyun 2016    Oxunub:21711
“100 dollar 180 manat səviyyəsinə qalxacaq. Hazırda bu real görünür”.
Bunu AzVision.az–a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Son günlər dolların bahalaşmasına münasibət bildirən iqtisadçı deputat vurğulayıb ki, manat gec-tez real bazar dəyərini almalıdır.

Onun sözlərinə görə, manatı təzyiq altında qoruyub saxlamaq düzgün deyil:“İxracda müəyyən qədər artım olsa da, bu kifayət qədər deyil. Bununla bərabər idxal müəyyən qədər artıb. Həmçinin neftin qiyməti də manata ciddi təsir edir. Son iki həftədə müşahidə edirəm ki, Mərkəzi Bank manatı yumuşaq devalvasiya prinsipi ilə buraxır. Bu da yavaş-yavaş davam etməlidir. Düşünürəm ki, ilin axırına kimi bu səviyyədə davam etsə, manat real bazar dəyərini tapa bilər. Bunu etmək lazımdır. Manatı qoruyub saxlamağa ehtiyac yoxdur. Dünyada və ölkəmizdə gedən iqtisadi proseslər imkan verir ki, manat real dəyərini alsın. Manatın qorunub saxlanması üçün vəsaiti çox da xərcləməyə ehtiyac yoxdur. Həmin vəsaiti kənd təsərrüfatı, sənaye və turizmə yönəltmək lazımdır”.

Millət vəkili hesab edir ki, 100 dollar 170-180 manat səviyyəsinə qədər qalxacaq. V.Əhmədovun fikrincə, yumuşaq devalvasiyaya getmək məqsədəuyğundur.

Qeyd edək ki, son günlər Azərbaycanda dolların bahalaşması müşahidə edilir. İyunun 23-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5301 manat təşkil edir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti