“ASAN radio” test yayımına başladı

“ASAN radio” test yayımına başladı
  24 Dekabr 2015    Oxunub:5306
Bu gündən etibarən “ASAN radio” 100 MHz tezliyində test yayımına başlayıb.
ASAN Xidmətdən AzVision.az- a verilən məlumata görə, radionun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, dövlət strukturlarına etimadın gücləndirilməsi, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işini həyata keçirməkdir.

İlkin yayım zamanı dinləyicilərə qısa anonslar vasitəsi ilə radionun əsas fəaliyyət istiqamətlərinə dair məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir. Ən qısa zamanda “ASAN radio” ümumrespublika yayımını gerçəkləşdirəcək.

Qeyd edək ki, “ASAN radio” Azərbaycan prezidentinin tapşırığı ilə yaradılıb.


Teqlər:  





Xəbər lenti