Qərənfil niyə matəm gülüdür? - Qanlı tarixçə

Qərənfil niyə matəm gülüdür? - Qanlı tarixçə
  20 Yanvar 2015    Oxunub:32277
Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 25-ci ildönümüdür. 20 Yanvar qırğını tәk insanların taleyini yox, bu günün əsas simvolu olan qərənfil gülünün dә taleyini dәyişdi.

1990‑cı ilin yanvarından bәri qərənfil matəm gülü kimi tanınır. Ağı da, qırmızısı da. Əsasən isə qırmızı qərənfil bütün matəmi üzərinə həkk etdirdi. Ancaq bu gülün ən əziz adamlara hədiyyə olunduğu vaxtlar da olub. Qərənfil buna qədər ehtiraslı mәhәbbәt, hәyәcan rəmzi kimi tanınıb. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra qırmızı qərənfil Azərbaycanda matəm gülünə çevrildi.

Ümumiyyətlə qərənfilin Avropa, Asiya, Afrikada təxminən 300 növü, Azərbaycanda isə 26 növü mövcuddur. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır. Azərbaycanda isə Binə qəsəbəsində yerləşir. Hazırda şirkət dünya ölkələri ilə müqayisədə heç də geri qalmır. Burada qərənfilin yeni rəngbərəng sortları yetişdirilir.

1990-cı il 20 yanvardan əvvəl də Bakıda әn çox əkilәn gül qərənfil idi. Hər kəs öz həyətindә əkirdi. Camaatın bu güldən yaxşı qazancı da vardı. İndi isə bu gülü əkənlərin sayı xeyli azalıb. Artıq Hollandiyadan, Bolqarıstandan gələn başqa güllər qərənfilin bazarını öldürüb. Hәm də 20 Yanvardan sonra camaat qərənfili çox əkmәdi, gül sanki matəm gülü oldu. Elә bil o qırğının bütün ah‑naləsi oturdu bu gülün üzərinә. O gülün taleyidə də belə gətirdi...

Anar Kəlbiyev



Teqlər:





Xəbər lenti