İlham Zəkiyev çempion oldu

İlham Zəkiyev çempion oldu
  27 İyun 2015    Oxunub:3372
Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev birinci Avropa Oyunlarında komandamızın aktivinə 18-ci qızıl medalı yazdı.

İkiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev finalda Ukrayna təmsilçisi Aleksand Pominovu məğlub edərək çempion olub.

Zəkiyevin final görüşünü Azərbaycan prezidenti İlham Əliyev də tribunadan canlı izləyib. Mükafatlandırma mərasimində iştirak edən ölkə başçısı həm ona, həm də bu çəkidə bürünc mükafata sahib çıxan digər idmançımız Zakir Mislimova medalı təqdim edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti