“Multikulturalizm modelimiz bədxahları qıcıqlandırır” - Dövlət müşaviri

“Multikulturalizm modelimiz bədxahları qıcıqlandırır” - Dövlət müşaviri
  22 Yanvar 2016    Oxunub:1783
“Azərbaycan multikulturalizmi dünya üçün nümunədir”.
Bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan multikulturalizmi bir model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir: “Bu model işləkdir və bu model dostlarımızı sevindirir, bədxahlarımızı qıcıqlandırır . Ölkənin multikulturalizminə olan maraq Azərbaycanın dünyada tarixi, örnək dəyərlərə malik olan ölkə kimi tanıdılmasının nəticəsidir”.

K.Abdulla bildirib ki, bu gün Azərbaycanda hansısa bir yəhudinin yanından keçən azərbaycanlı ona nifrət və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır: “Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən əl çəkib. Amma Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”.

Dövlət müşaviri əlavə edib ki, Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb: “ Gələcək aylarda Azərbaycanın rayonlarında, eləcə də Rusiya, Portuqaliya İsveç və s . ölkələrdə də bu cür filiallar yaradılacaq. Məqsəd əcnəbi gənclərlə, xarici ölkə vətəndaşları ilə daha yaxından tanış olmaq və Azərbaycanla bağlı təbliğat aparmaqdır”.

AzVision.az

Teqlər:  







Xəbər lenti