“Gənclərin intiharında mətbuat da günahkardır” - AKTUAL

“Gənclərin intiharında mətbuat da günahkardır” - AKTUAL
  17 Yanvar 2014    Oxunub:2017
Azərbaycanda son vaxtlar intihar halları xeyli artıb. Özünə qəsd edənlərin əksəriyyətinin gənclər və yeniyetmələr olması günümüzün xoşagəlməyən reallığıdır.

Görəsən nədir gənclərin problemi?, Onlar nə üçün intihar edirlər?

Tanınmış psixoloq Elnur Rüstəmov bu suallara aydınlıq gətirməyə çalışıb. AzVision.az-a açıqlamasında psixoloq intihar faktlarında medianın mühüm rol oynadığını deyib.

“İntihar hadisələrinin mətbuatla, internetlə əlaqəsi böyükdür”

Elnur Rüstəmov qeyd edir ki, intihar xəbərlərinin saytlarda, qəzetlərdə işıqlandırılması, həssas insanlarda və ya müəyyən psixoloji narahatçılığı olan insanlarda problemlərə səbəb olur: “İntihar prosesləri zamanı müəyyən qabaqlayıcı tədbirlər görmək lazımdır. Hər hansı mətbu orqan, intihar xəbərini işıqlandırarkən, həmin xəbərin özünü yox, baş vermə səbəblərini işıqlandırır. Əslində bunu necə aradan qaldırmaq olar? şəklində məsələnin maarifləndirici tərəflərini işıqlandırmaq lazımdır.

“Hər insan bunu eyni cür qarşılamır, eyni cür qəbul etmir”

Psixoloqun sözlərinə görə, hazırda yaxşı və ya pis, kimin ailədaxili konflikti var, gedib intihar edir. Bu da insanlara çox mənfi təsir göstərir. Sabah təkrar bir situasiya yaşayan başqa bir insan da bu yolnan gedir, intihar edir. İntihar doğru bir addım deyil.
Ona görə də, bu situasiyada çox həssas olmaq lazımdır. Yenə də kütləvi informasiya vasitələri bu həssaslığı nəzərə almalıdır”.

““Verter” sindromu da burda əsas rol oynayır”

Söhbət əsasında Elnur Rüstəmov təəəsüflə qeyd edir ki, son zamanlar, bu məsələ aktuallaşıb:
“Buna görə də, hər gün bir intihar hadisəsi baş verir. Yaxşı olardı ki, saytlar intihar haqqında xəbər yazmasınlar.İntihar xəbərini işıqlandırmaq , bir müddət o cür xəbərlərə xüsusi yer ayırmaq lazım deyil. Bir az arxa plana çəkmək lazımdır ki, proses sakitləşsin”.

İntihara cəhd edən kimlərdir?



Psixoloq hesab edir ki, intihar bütün hallarda etiraz formalarından biridir. İntihar riski yaşayanlar, əsasən tənhalar, uzun sürən xəstəliklərdən əziyyət çəkən insanlar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlar, genetik faktor-nəsillikcə intihar edən insan qrupları və s. bu formada özünü göstərir. Bu ayrıca bir faktdır ki, adətən yeniyetmələrin intihar etməsi halına da rast gəlirik. Ya sevgi problemi yaşayır, ya ailədə problem yaşayır, yaxud da kiminləsə ünsiyyətdə problem yaşayır. Dil tapa bilmir və bu hal baş verir. Ailədaxili konfliktlər səbəbindən intiharlar var.

Psixoloq məsləhəti

E.Rüstəmov hesab edir ki, saytlarda yer alan intihar xəbərlərini oxumaq, belə xəbərlərə gözucu baxmaq belə zərərlidir: “İntihardan, intihar haqqında fikirlərdən uzaq dursunlar. Həyatda o qədər gözəl şeylər var ki...Həyat yaşamaq üçündür. Kim ki, yaxşı yaşamırsa, günah özündədir. Günəş çıxanda məxsusi adamlar üçün çıxmır, hamı üçün çıxır. Bu dünyada hamıya çatacaq qədər ev də var, maşın da var, iş də var. İnsan öz potensialına inanmalıdır”.

Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti