“ASAN xidmət” Çağrı mərkəzi 1 yaşında - VIDEO

“ASAN xidmət” Çağrı mərkəzi 1 yaşında - VIDEO
  01 Fevral 2014    Oxunub:3530
Eyni zamanda mərkəzlərdə yerləşdirilmiş xüsusi elektron şikayət köşkü vasitəsi ilə vətəndaşlar “Çağrı” mərkəzi əməkdaşları ilə canlı video əlaqə yaradaraq “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı öz təklif və şikayətlərini bildirə bilər

1 fevral 2014 – cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzi şöbəsinin fəaliyyətinin 1illiyi qeyd olunur. Dövlət Agentliyinin “Çağrı” mərkəzi “ASAN xidmət” mərkəzlərində dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin göstərilməsini təmin edir.

"Asan Xidmət" mərkəzindən verilən xəbərə görə, “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən onlayn müraciət, email, sosial şəbəkələr(internet) və ya telefon vasitəsilə mövcud dövlət orqanlarının göstərdiyi bütün xidmət növləri, tələb edilən sənədlər, dövlət rüsumu və ya xidmət haqqı barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təklif və şikayətlərini bildirə bilərlər. Eyni zamanda mərkəzlərdə yerləşdirilmiş xüsusi elektron şikayət köşkü vasitəsi ilə vətəndaşlar “Çağrı” mərkəzi əməkdaşları ilə canlı video əlaqə yaradaraq “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı öz təklif və şikayətlərini bildirə bilərlər.

Ötən bir il ərzində “Çağrı” mərkəzi tərəfindən “108” telefon nömrəsi vasitəsi ilə 155.476, onlayn əlaqə ilə 10.670, rəsmi elektron poçt ünvanından 401, sosial şəbəkələr vasitəsi ilə 26 mindən artıq olmaqla ümumilikdə 200.000-ə yaxın müraciət cavablandırılıb.




Teqlər:





Xəbər lenti