““Hafka”nın vəziyyəti ağırdır” - Nazir

““Hafka”nın vəziyyəti ağırdır” - Nazir
  27 Noyabr 2014    Oxunub:2057
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Fransa mətbuatına açıqlamasında "Hafka" ləqəbi ilə tanınan "Bakı"nın prezidenti Hafiz Məmmədovun "Lans"a sponsorluq edə biləcək durumda olmadığını bəyan edib.
AzVision.az azerisport.az-a istinadən xəbər verir ki, o, bunları söyləyib: "Hafiz Məmmədov bundan sonra da "Lans"a ən azı azarkeş kimi dəstək olacaq. Amma indi o, bu komandanı maliyyələşdirəcək durumda deyil. İflas? Bu barədə elə də məlumatlı deyiləm. Amma bilirəm ki, indi vəziyyəti ağırdır".


Teqlər:  





Xəbər lenti