“Yas çadırlarına ehtiyac qalmayacaq” – Sədr

“Yas çadırlarına ehtiyac qalmayacaq” – Sədr
  17 Aprel 2015    Oxunub:4069
“Hazırda qadın məclisləri başdan-ayağa xürafatdır. Əgər həmin din xadiminin tərcümeyi-halına baxanda dəhşətə gələrsən. Deyirsən ki, o hara, din hara?”
“Mərasim yerləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti iş aparır. O, qədər mərasim yeri tikiləcək ki, yas çadırlarına ehtiyac qalmayacaq”.

AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O, bildirib ki, bir müddətdən sonra yas çadırları dövriyyədən çıxacaq:

“Ümumiyyətlə yas mərasimlərinin sadələşdirilməsinin bircə yolu var. O, da mərhumun məscidə aparılması zamanı cənazə namazının qılınmasıdır. Namazdan sonra hərə öz evinə getməlidir”.

Qəbristanlıqlarla bağlı yeni qanun layihəsinin Nazirlər Kabinetində olduğunu deyən M.Qurbanlı həmin qanunda istisna halların olduğunu söyləyib: “Bu təklif ya qanun formasında, ya da qərar şəklində olacaq. Hazırda həmin təklif Nazirlər Kabinetindədir. Həmin qanunda qəbristanlıqların yaşayış yerindən 100 metr aralıda olması, dəfn mərasimlərinin təşkili, qəbirlərin, onların ölçüləri ilə bağlı məsələlər də öz əksini tapacaq. Qanunda baş daşının ölçüsü 0,50 sm, sinə üstü daşın ölçüsü 60 sm olacaq. Qəbir yerinin yanında torpaq saxlamaq isə yalnız istisna hallarda mümkün olacaq. Məsələn, əgər əri ölübsə həyat yoldaşının onun yanında dəfn edilməsi və ya qadın öldüyü halda ərinin onun yanında torpağa tapşırılması üçün həmin qəbir yerinin yanında torpaq saxlamaq mümkün olacaq”.

M.Qurbanlı ölkədə xanım din xadimlərinin çatışmazlığı məsələsinə də toxunub. O, bildirib ki, həqiqətən də bu problem var: “Mən bu məsələnin həlli ilə bağlı şeyxlə də danışıqlar aparacam. Qeyd edim ki, hazırda qadın məclisləri başdan-ayağa xürafatdır. Əgər həmin din xadiminin tərcümeyi-halına baxanda dəhşətə gələrsən. Deyirsən ki, o hara, din hara?”.

Gültəkin Ələsgər
AzVision.az



Teqlər:  





Xəbər lenti