“Xədicə İsmayıl ruhi xəstədir, Əli Kərimli isə...”

“Xədicə İsmayıl ruhi xəstədir, Əli Kərimli isə...”
  24 Noyabr 2014    Oxunub:2953
`Bax, Əlinin, Xədicənin demokratlığı, söz azadlığına, fərqli mövqeyə olan münasibəti özləri kimi eybəcərdir`
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın “Yeni Müsavat” qəzeti və onun baş redaktoru Rauf Arifoğlu haqda ittihamlarına qarşı tərəf cavab verib.

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan AzVision.az-a açıqlamasında Xədicə İsmayılın ruhi xəstə olduğunu deyib:

“Mən ruhi xəstələrlə məşğul olmuram, onların fikirlərinə münasibət bildirmirəm”.

A.Ayxan həmçinin AXCP sədri Əli Kərimli və “Azadlıq” qəzetini Rauf Arifoğlunun əleyhinə yazılar dərs etməkdə ittiham edib:

“Əli Kərimlinin sifarişi ilə "Azadlıq" qəzeti 1 səhifə Rauf Arifoğlunun əleyhinə yazı hazırlayıb. Xədicə və onabənzərlərin facebookda yazdıqları yalan, iftira və söyüş dolu statusları, şərhləri olduğu kimi qəzetə veriblər. Amma bir cümlə də olsun "Yeni Müsavat"ın, Rauf bəyin mövqeyini dərc etməyiblər qəzetlərində. Halbu ki, 3-4 gündür baş redaktorumuz bu mövzuda xeyli açıqlama verib mediaya, üstəlik özü facebookda, qəzetdə geniş məqalə yazıb. Bax, Əlinin, Xədicənin demokratlığı, söz azadlığına, fərqli mövqeyə olan münasibəti özləri kimi eybəcərdi, sakatdı. Sən bir baş redaktor haqda bütün iddia və iftiraları çap et, amma qarşı tərəfin 1-cə cümləsini vermə”.

Qeyd edək ki, Xədicə İsmayıl Rauf Arifoğlunu “Need in people” təşkilatını ermənipərəst adlandırması görə tənqid edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti