“Windows 10” artıq satışda

“Windows 10” artıq satışda
  29 İyul 2015    Oxunub:2370
Microsoft yeni əməliyyat sistemi olan “Windows 10” nu rəsmi olaraq satışa çıxarıb.
AzVision.az xəbər verir ki, satışlara eyni zamanda 190 ölkədən start verilib.

Fərdi kompyüterlər və planşetlər üçün nəzərdə tutulan əməliyyat sistemi “Windows 10” əvvəlki versiyaların istifadəçiləri üçün pulsuz olacaq. Habelə, son 2 ildir “Windows” əməliyyat sistemi ilə çalışan kompyüter alanlar da pulsuz olaraq “Windows 10” - a keçə biləcəklər.

Bunun üçün sadəcə olaraq kompyüter və ya planşetinizdə quraşdırılmış “Windows 7” və “Windows 8.1” sistemlərini yeniləməlisiniz. Yenilənmə üçün sabit diskinizdə ən az 3 GB-lıq boş yer olmalıdır.

Eyni zamanda “Windows 10” ekran diaqonalı 9 düymdən az olan mobil cihazlara da pulsuz təqdim olunacaq. Bundan başqa “Windows 10” - dan narazı qalan istifadəçilər ondan imtina edə və əvvəlki lisenziyanı saxlamaqla öncə istifadə etdikləri əməliyyat sisteminə qayıda bilərlər.

Sonuncu proqramının digərlərindən üstünlüyü şifrə kodunuzu digərləri tərəfindən qırılma risklərini tam aradan qaldırmaq üçün mövcud olan “Microsoft Passport”, virus proqramlarının yüklənməsinin qarşısını alacaq “Device Guard”, oyun sevən istifadəçilər üçün “XBOX- Windows” proqramlarının olmasıdır.


Teqlər:  





Xəbər lenti