“Vulkan”da qətl törədən əmioğlu həbs edildi
Bakı şəhər hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovanın əmisi oğlu, 1989-cu il təvəllüdlü Ağamaliyev Asim Rasim oğlu tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Cinayətin törədilməsində şübhəli bilinən A.Ağamaliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.
Teqlər: