“Tour dAzerbaidjan-2016” start götürdü

“Tour dAzerbaidjan-2016” start götürdü
  04 May 2016    Oxunub:1567
Bakıda “Tour dAzerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib.
AzVision.az xəbər verir ki, 5 mərhələdən ibarət olan “Tour dAzerbaidjan-2016” beynəlxalq velosiped turu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur.

Qeyd edək ki, “Tour d’Azerbaidjan-2016” yarışında 19 ölkədən 21 komanda iştirak edir. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti