“Total” şirkətinə yeni prezidenti seçildi

“Total” şirkətinə yeni prezidenti seçildi
  23 Oktyabr 2014    Oxunub:1129
Oktyabrın 22-də Fransanın nəhəng neft şirkəti “Total”ın yeni prezidentinin seçkisi ilə əlaqədar Direktorlar Şurasının yığıncağı keçirilb. Müəyyən vaxtlarda “Total”-ın prezidenti vəzifəsində çalışmış və sonralar fəxri prezident olmuş Tierri Demarre yekdilliklə şirkətin yeni prezident seçilib.

Qeyd edək ki, şirkətin prezidenti Kristof de Marjerin oktyabrın 21-də Moskvanın “Vnukovo” hava limanında baş verən təyyarə qəzası zamanı həlak olub.

Yığıncaqda şirkətin Saflaşdırma-Kimya qolunun rəhbəri Patrik Puyanne isə baş direktor vəzifəsinə seçilib.

Xatırladaq ki, ölkənin aparıcı şirkətlərindən biri olan “Total” 1924-cü ildə yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti