“Tale Heydərov tez-tez zəng edir, soruşur ki....”

“Tale Heydərov tez-tez zəng edir, soruşur ki....”
  30 Yanvar 2015    Oxunub:13371
“Kəmaləddin Heydərov və oğlu Tale Heydərov mütəmadi olaraq Avropa Azərbaycan Məktəbi ilə maraqlanırlar. Tale Heydərov tez-tez məktəbə baş çəkir, dərslərdə iştirak edir, şagirdlərin təhsil səviyyələri ilə maraqlanır”.

Bu barədə AzVision.az-a Avropa Azərbaycan Məktəbindən bildirilib. Qeyd edilib ki, məktəbin təsisçisi Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur:

“Tale müəllim həmçinin tez-tez rəhbərliyə zəng vurub, məktəbdəki vəziyyəti öyrənir. Dərslərin gedişini soruşur. Müəyyən tövsiyyələrini verir”.

Həmçinin bildirilib ki, məktəbin yeni korpusu da yaxın günlərdə istifadəyə veriləcək:

“Əvvəlki korpusun açılış mərasimində Kəmaləddin müəllim də iştirak edirdi. O, çıxış zamanı məktəbdəki təhsil səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı tapşırıqlarını vermişdi. Kəmalədddin müəlimin özü də məktəblə tez-tez maraqlanır. Rəhbərlik məktəbdəki vəziyyətlə bağlı Kəmaləddin müəllimə də məlumat verir”.

Daha sonra bildirilib ki, məktəbdə müəllim-şagird münasibətləri yüksək səviyyədədir:

“Müəllimlərimiz yüksək səviyyədə təhsil və mədəniyyətə malikdirlər. Onlar şagirdlərlə yaxşı, səmimi münasibət qurublar. Bizim məktəbdə şagird-müəllim münasibətlərində heç bir problem yoxdur”.

Qeyd edək ki, 2011-ci ildə Tale Heydərov tərəfindən Bakıda Avropa Azərbaycan Məktəbi yaradılıb. O, bu məktəbin Himayədarlar Şurasının prezidentidir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti