“Soyqırım”ı dəstəkləyənlər ölkəmizə gəlməsin - Deputat

“Soyqırım”ı dəstəkləyənlər ölkəmizə gəlməsin - Deputat
  28 Aprel 2015    Oxunub:2072
“Rusiya məkanı kifayət qədər böyükdür. Rusiya məkanında istər informasiya, maliyyə, diplomatik və digər sahələrdə ermənilər olmaqla önə çıxan şəxsləri demək istərdim. Bunlar əsasən maliyyə və digər sahələrdə şərhlər verirlər”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov da mənşəcə ermənidir: “Erməniləri əldə tutan lobbi birlikləridir. Bizim təşkilatlarımızın fəaliyyəti isə problemlidir. Əgər biz Rusiyada yaşayan azərbaycanlıları fəhlə və ticarət sektorundan çıxarıb, idarəetməyə, Dumaya yönəldə bilsək, böyük güc olar. Azərbaycan da bundan güc ala bilər. Rusiyadakı azərbaycanlılar istənilən bir siyasi qüvvənin, yanında yer ala bilərlər. Onların mövqelərinin möhkəmlənməsi Rusiya kimi məkanın Azərbaycanın xeyrinə işləməsi demək olardı”.

Deputat bildirib ki, Rusiyadakı azərbaycanlıların pərakəndə yaşama səbəbini müəyyən etmək məqsədi ilə parlamentin komitələr səviyyəsində müzakirələri keçirilsin.

Daha sonra çıxış edən deputat Fazil Mustafa isə Avropa Şurası Parlament Assambleyasında ermənilərin “soyqırımı” ilə bağlı 171 imza toplamasına da diqqət çəkib: “Məlumdur ki, onlara dəstək verən qüvvələr var. Təklif edirəm ki, Xarici İşlər Nazirliyində bununla bağlı bank yaradılsın. Qondarma soyqırıma dəstək verənlərin Azərbaycana gəlib-getməyinə məhdudiyyət qoyulsun”.

Spiker Oqtay Əsədov isə deyib ki, AŞPA da ermənilər imza toplasa da, hər hansı qərar qəbul olunmayıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti