“Sovetski”də 600 ev sökülüb - Abid Şərifov

“Sovetski”də 600 ev sökülüb - Abid Şərifov
  28 Noyabr 2014    Oxunub:1398
“Sovetski”də 1800 ailənin vəsaiti ödənilib.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov Bakının “Sovetski” adlanan məhəlləsində yaşayanların köçürüləməsindən danışarkən deyib.

O vurğulayıb ki, ödəniş ailələrin razılığı əsasında baş tutub.

“2400 obyekt inventarlaşdırılıb. 600 ev artıq köçürülüb, sökülüb. Lakin birinci hissə tam başa çatmayıb. Yəqin ki, bir ay ərzində bu evlərlə bağlı nə etmək haqqında son nəticəyə gələcəyik. Məsələ həll olunana qədər azsahəli evlərinin sahiblərinə qeyri-qanuni tələb irəli sürmək haqqı yoxdur. İnanıram ki, qısa müddətdə həll olunacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti