“Şultsun maskası cırılıb” –Siyavuş Novruzov

“Şultsun maskası cırılıb” –Siyavuş Novruzov
  29 May 2015    Oxunub:2275
Avropa Parlamentinin sədri Martin Şults iyun ayının 10-da heç vaxt olmamış “İdman və insan haqları” mövzusunda tədbir keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında YAP-çı millət vəkili Siyavuş Novruzov deyib: “İyun ayının 12-də Avropa Oyunlarının açılışı olacaq. Amma bunlar belə bir tədbir keçiririrlər. Azərbaycanda keçirilən belə bir tədbirə bu cür reaksiya verirlərsə, bizə belə bir avropa dəyərləri lazım deyil. Şultsların öyrətdikləri adamlardır ki, ayın 30- da mitinq keçirmək istəyirlər. Həmin insanlardır ki, Azərbaycana oyunlarla bağlı adam gəlməməsinə çağırış edirlər. Budur, bunların ədaləti?!”.

Millət vəkili Martin Şultsu tərəfsiz olmağa çağırıb: “Bununla bir daha Şultsun özünün maskası cırılıb, üzə çıxmağa başlayıb. Bu adam guya sosial demokratları təmsil edir. Amma öz dəyərlərinə xəyanət edərək belə bir yolu tutub”.

O, bildirib ki, Rusiyada keçirilən tədbirlərdən birində Ukraynanın müstəqilliyini tanımayan Şults Ermənistanda demokratiyanın çiçəklənmə dövrünün yaşandığını deyib:

“Şults insan hüquqlarının müdafiə edirsə, ilk növbədə Azərbaycaın 1 milyon qaçqın düşən və Xocalıda qətlə yetirilən insanların hüquqlarını müdafiə etsin. Bütün bu məsələləri Avropa Parlamentinin iclasında müzakirəyə çıxar, o zaman sənin ədalətli müdafiəçi olduğuna bəlkə inana bildik. Lakin gördüklərimiz ikiüzlülük, satqınlıqdır. Xatırladım ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək və onların niyyətləri bir daha baş tutmayacaq”.

S. Novruzov Azərbaycan xalqının ölkə prezidentinin ətrafında birləşdiyini söyləyib: “Bizim böyük, kiçik qardaşımız yoxdur, hər bir dövlətə bərabər şəkildə yanaşırıq. Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Bir daha görəcəklər ki, Azərbaycan hansı, onların təriflədiyi ölkələr hansı səviyyədədir”.

Spiker Oqtay Əsədov isə deyib ki, deputat Siyavuş Novruzovun çıxışı zamanı Şults sözünü işlətməsi ona Uzaq Sahillərdə filmindəki Şultsu xatırladıb: “Mən dərinə getmək istəmirəm, amma belə şeylər var, bu həqiqətdir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti