“Şahdağda yanğın qəsdən törədilib” - Nazirlik

“Şahdağda yanğın qəsdən törədilib” - Nazirlik
  26 Noyabr 2015    Oxunub:2117
25 noyabr 2015-ci il tarixində gecə saat 24 radələrində Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinini mətbuat xidmətindən AzVision.az - a verilən xəbərə görə, dərhal əraziyə cəlb olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində 26 noyabr 2015-ci il tarixində səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.

Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib.

Qeyd edək ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.


Teqlər:





Xəbər lenti