“Şaban”a pərəstiş edən deputat kimdir?

“Şaban”a pərəstiş edən deputat kimdir?
  07 İyul 2015    Oxunub:5028
“Kamal Sunalın filmlərinin əksəriyyətinə sevə-sevə baxmışam. Onun filmləri çox əxlaqlı və səviyyəli gülüş doğurur, insanın əhval- ruhiyyəsini yüksəldir. Əfsusslar olsun ki, biz onu çox tez itirdik. Bu gün həmin aktyor aramızda yoxdur. O, bütün türk dünyasının olduğu kimi, Azərbaycanın da sərvətidir”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev deyib.
Millət vəkili mərhum türk aktyorunun vəfatının il dönümü ilə bağlı fikirlərini bölüşüb.

Deputat qeyd edib ki, “Şaban” ləqəbilə sevilən Kamal Sunal aramızda olmasa da o daima ürəklərdə yaşayacaq.

“Kamal Sunalın yoxluğu türk dünyası mədəniyyəti üçün çox böyük itkidir. Onun yoxluğu Azərbaycanın da itkisidir. Şabanı türk dünyasının sənətinə çox böyük töfhələr vermiş bir şəxs kimi xatırlayıram və dəyərləndirirəm. Hesab edirəm ki, bütün Azərbaycan əhalisi, türk dünyası Kamal Sunalı sevir. O, bizə gülüş verən bir ustad idi. Filmlərində dövrün aktual məsələlərinə qarşı öz fərqli yanaşma tərzini nümayiş etdirirdi. Kamal Sunal yaşlı vaxtlarında yaradıcılıq imkanlarından istifadə edə bilmədi. Yarımçıq bir sənət qoyub getdi”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti