“Sanksiyalar yaxınlarda ləğv ediləcək” – Ruhani

“Sanksiyalar yaxınlarda ləğv ediləcək” – Ruhani
  28 Aprel 2015    Oxunub:1704
İran prezidenti Həsən Ruhani hesab edir ki, İrana qarşı Qərb tərəfindən qəbul olunan sanksiyalar yaxın vaxtlarda ləğv ediləcək.
Bu barədə AzVision.az İranın “İRİNN” telekanalına istinadən xəbər verir.

Ruhani həmçinin əlavə edib ki, İrana qarşı sanksiyalarla pul qazananların “özlərinə başqa iş tapmaq” vaxtı çatıb: “Yaxın aylarda və illərdə heç kim sanksiyalarla İrana təzyiq göstərə bilməyəcək”.

Qeyd edək ki, 12 il davam edən danışıqlardan sonra, 2015-ci il aprelin 1-də İsveçrənin Lozanna şəhərində `İran İslam Respublikasının nüvə proqramına dair birgə kompleks fəaliyyət planının parametrləri` adlanan çərçivə sazişi imzalanıb. Danışıqlarda İranla yanaşı ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa İttifaqı təmsil olunublar. Bu razılaşma tərəflər arasında çoxillik `buzların əriməsi` təəssüratını yaradır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti