“Sadıq Sadıqov istefa verməyib” – “Neftçi”dən təkzib

“Sadıq Sadıqov istefa verməyib” – “Neftçi”dən təkzib
  30 Mart 2015    Oxunub:4515
Bakının “Neftçi” klubu prezident Sadıq Sadıqovun istefa verməsi barədə xəbərin həqiqəti əks etdirmədiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

“Bu gün mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda "Neftçi" PFK-nın da prezidentidir. "Neftçi" PFK bir müddət əvvəl "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu haqda ictimaiyyətə məlumat veriləcək”, -deyə yayılan məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti