“SABAH” qruplarının tələbələri imtahan verdilər

“SABAH” qruplarının tələbələri imtahan verdilər
  18 Sentyabr 2014    Oxunub:1215
“SABAH” qrupları üçün səviyyə imtahanı keçirilib.
Bakı Dövlət Universitetindən AzVision.az-a verilən məlumata görə, BDU-dan “SABAH” qruplarına qəbul olan tələbələrin ingilis dili üzrə səviyyə imtahanı keçirilib.

İmtahanda BDU-nun “SABAH” qruplarına daxil olan 213 nəfər tələbəsi ilə yanaşı, Azərbaycan Texniki Universiteti və Memarlıq və İnşaat Universitetinin hər birindən 30 tələbə olmaqla, ümumilikdə 273 tələbə iştirak edib. İmtahan British Council tərəfindən keçirilib, eyni zamanda, prosesi BDU nəzdində yaradılan “SABAH” mərkəzinin nümayəndələri də izləyiblər.

İmtahan nəticələrinə görə tələbələr aidiyyatı qruplara bölünəcəklər.


Teqlər:





Xəbər lenti