“Rusiya xalqların hüququnu pozur” – Gürcüstan XİN

“Rusiya xalqların hüququnu pozur” – Gürcüstan XİN
  03 Mart 2015    Oxunub:1452
Rusiya xalqların öz gələcəyini seçmək barədə suveren hüququnu məhdudlaşdırır.
AzVision.az-ın “Qruziya Online”-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN rəhbəri Tamara Beruçaşvili BMT-nin İnsan Haqları üzrə Şurasının 28-ci sessiyasında çıxışı zamanı bildirib.

“Rusiyanın Ukraynaya təcavüzü, Krımın birləşdirilməsi, və ölkənin şərq regionunda vəziyyətin gərginləşdirdiyi üçün dünya birliyindən bu ölkəyə layiqli cavab verib. Ukrayna ayrıca halı deyil, bu Rusiyanın öz təsir zonasını artırmaq cəhdidir. Rusiya xalqların öz gələcəyini seçmək barədə suveren hüququnu məhdudlaşdırır. Bu siyasətə parlaq nümunə kimi 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü və ölkənin 20 faizini işğal etməsini göstərmək olar”, - deyə Beruçaşvili bildirib.

Gürcü nazir Rusiyanın 2008-ci ilin avqustunda atəşkəs rejimi barədə razılaşmanı bu gün də pozduğunu xüsusilə vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti