“Rusiya Qarabağ müharibəsinə müdaxilə etməyəcək...”

“Rusiya Qarabağ müharibəsinə müdaxilə etməyəcək...”
  24 Noyabr 2014    Oxunub:1771
“Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Rusiya hərbi müdaxilə etməyəcək, yalnız diplomatik üsullarla müharibəni dayandırmağa çalışacaq”.
AzVision.az musavat.com-a istinadən məlumat verir ki, bu sözləri tanınmış rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Andrey Yepifantsev erməni portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər savaşa Ermənistan bütünlüklə cəlb olunsa, o halda Rusiya müdaxilə etməyə borcludur. “Lakin bu qarantiya Ermənistana aiddir. Dağlıq Qarabağa yox. Qarabağa bir şey olsa, Moskva yalnız diplomatik vasitələrlə bunun qarşısını almağa səy edəcək”, - deyə politoloq qeyd edib.

Ekspertin qənaətincə, təmas xəttində yaşanan son gərginlik onun göstəricisidir ki, görüşlərdə anlaşma əldə edilməyib:

“Səbəb aydındır – Minsk Qrupu dalana girib, çıxış yolu yoxdu. Bu gün danışıqlar masası üzərində olanlar nə Bakını qane edir, nə də İrəvanı”.

AzVision.az


Teqlər:  





Xəbər lenti