“Rusiya 100 milyard dollar itirəcək” – Maliyyə naziri

“Rusiya 100 milyard dollar itirəcək” – Maliyyə naziri
  24 Noyabr 2014    Oxunub:1851
Rusiya maliyyə naziri Anton Siluanov neftin qiymətinin aşağı düşəcəyi təqdirdə Rusiya iqtisadiyyatına dəyəcək zərəri qiymətləndirib.
AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya bu tendensiyanın davam edəcəyi təqdirdə 100 milyard dollar itirəcək.

“Siyasi sanksiyalarla bağlı Rusiya ildə 40 milyard dollar itirir. Neftin qiyməti 30 faiz düşəcəyi təqdirdə isə biz 90-100 milyard dollar itirə bilərik”,-deyə Rusiya maliyyə naziri vurğulayıb. O, xatırladıb ki, bu ilin əvvəlindən bəri neftin qiyməti 30 faiz aşağı düşüb.

Daha əvvəl Siluanov bəyan etmişdi ki, neftin dolları 60 dollar olacağı təqdirdə Rusiya iqtisadiyyatı böhran vəziyyəti yaşayacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti