“Rusiya-ABŞ soyuqlaşması uzun müddət çəkəcək” – Lavrov

“Rusiya-ABŞ soyuqlaşması uzun müddət çəkəcək” – Lavrov
  20 Oktyabr 2014    Oxunub:1631
Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, Rusiya və ABŞ əlaqələrində soyuqlaşma dövrü uzun müddət davam edəcək.
Bu barədə AzVision.az “Gazeta.ru”-ya istinadən xəbər verir.

“Bu müddət uzun olacaq. Bu yalnız Ukrayna böhranı ilə əlaqədar deyil. Hər iki tərəf əlaqələrin normal qaydaya düşməsi üçün birtərəfli sanksiyalar yox, birgə səylər lazımdır”, - deyə Lavrov bildirib.

Qeyd edək ki, Lavrov Rusiya və ABŞ əlaqələrinin daha da pisləşməyəcəyinə ümid etdiyini bildirmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti