`Real` `Barsa`nı məğlub etdi

`Real` `Barsa`nı məğlub etdi
  26 Oktyabr 2014    Oxunub:4983
İspaniya La Liqasında IX turu çərçivəsində "El-Klassiko" oynanılıb.
AzVision.az-ın məlumatına görə, Madriddə baş tutan qarşılaşmada “Real” əzəli rəqibinə qalib gələ bilib. Belə ki, hesabda qonaqlar irəli keçsə də, "Kral klubu" əzmkarlıq sayəsində 3 qol vuraraq 3 xal qazana bilib.

Qeyd edək ki, "Barselona" 8 tur ərzində məğlub olmamaqla yanaşı, qapısını da toxunulmaz saxlamışdı. Katalonların əzəli rəqibi onlara ilk qol və məğlubiyyət şokunu yaşatdı.

“Real” (Madrid) – “Barselona” - 3:1
Qollar: Neymar, 3 (0:1), Ronaldo, 35-pen (1:1), Pepe, 50 (2:1), Benzema, 61 (3:1)


AzVision.az


Teqlər:  





Xəbər lenti