“Radikalların fəaliyyətini tam məhdudlaşdırmışıq” – Mübariz Qurbanlı

“Radikalların fəaliyyətini tam məhdudlaşdırmışıq” – Mübariz Qurbanlı
  04 İyul 2015    Oxunub:3547
“Azərbaycanda radikal dini cərəyanların, qrupların fəaliyyətini tam məhdudlaşdırmışıq. Onlara qarşı mübarizə aparırıq”.
Bunu AzVision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycandan radikal dini qruplara qoşulan gənclərin sayı xeyli azalıb.

“Aparılan maarifləndirmə işi, eləcə də hüquq-mühafizə orqanlarının profilaktik tədbirləri bütövlükdə Azərbaycanda elm, təhsil, mədəniyyət işçilərinin fəaliyyəti, medianın təbliğat xarakterli çıxışları və keçirdiyimiz tədbirlər radikal dini cərəynaların, qrupların fəaliyyətini tam məhdudlaşdırıb. Onların həm iqtisadi, həm də ideoloji baxımdan imkanları azaldılıb. Bu cür təbliğatlar gənclərin xaricdə silahlı birləşmələrə qoşulmağının sayını azaldıb. Artıq belə hallar demək olar ki, çox az müşahidə olunur.

Buna baxmayaraq, biz bütün sahələrdə olan işlərimizi gücləndirmişik və gücləndirməliyik”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti