“Qorxu sindromundan əziyyət çəkirəm” - Deputat

“Qorxu sindromundan əziyyət çəkirəm” - Deputat
  18 Aprel 2015    Oxunub:1805
Milli Məclisin deputatı Fazil Mustafa zəli terapiyadan istifadə etməyə başlayıb.
AzVision.az-ın məlumatına görə, millət vəkili bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb. O, qeyd edib ki, bir müddətdir ki, qorxu sindromundan əziyyət çəkir:

“Zəlinin faydası haqqında eşitmişdim, ancaq nədənsə indiyədək istifadə etməyə riskli yanaşırdım. Ötən gün qorxu sindromunu aşmaq üçün həkim dostumun israrı ilə faydalanmağa başladım. Əməlli-başlı insan qanını duruldurmuş. Ən çox zövq aldığım isə zəlilərin müdrikliyi, gözü-könlü toxluğu idi. Demək zəli deyilən bu sürünən qanla qidalanır və doyandan sonra insandan əl çəkib yerə düşür. Bizdə xeyli səlahiyyətli adamları tanıyıram ki, illərdir insanların qanını, canını, pulunu sorurlar, doydum demirlər. Yapışdıqları yerdən tutaraq yerə düşmək istəmirlər. Azərbaycanda Allahın zəlisindən də ibrət götürəsi xeyli məziyyətlər varmış”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti