“Qızları klinikalara göndərirlər...”

“Qızları klinikalara göndərirlər...”
  20 Dekabr 2014    Oxunub:2269
“Bir neçə il əvvəl Azərbaycanda qəbul edilən "Əczaçılıq fəaliyyəti haqqında" qanuna görə ölkədə dərman preparatlarının reklamı qadağan olunub. Tibb işçisi olduğumdan bu hallara qarşı heç bir qadağa qoya bilmərəm. Bu kimi halların qarşısını Nazirlər Kabineti, özəl televiziyaların rəhbərləri və cavabdeh şəxslər almalıdır”.
AzVision.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. “Lakin bu işlə məşğul olanlar gec-tez cəzalarını tapacaqlar”, - o əlavə edib. N.Quliyev vurğulayıb ki, dövlətin qəbul etdiyi qanunun əleyhinə çıxmaq olmaz: “Hazırda dərman satışı ilə məşğul olan şirkətlər, qızlardan ibarət qrupu yığıb ayrı-ayrı klinikalara reklam üçün göndərirlər. Hər kəs bilməlidir ki, dərmanın satılan yeri ancaq aptekdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti