“Qarabağ”a iki yeni transfer

“Qarabağ”a iki yeni transfer
  22 May 2015    Oxunub:1614
“Qarabağ” futbol klubu yeni mövsümə yeni oyunçularla hazırlaşacaq.
AzVision.az-ın klubun saytına istinadla verdiyi məlumata görə, klub iki futbolçunun transferini rəsmiləşdirib.

2015/2016-cı il mövsümü üçün yeni oyunçular “İnter”dən transfer olunub. Bunlar milli komandamızın üzvləri Coşqun Diniyev və Elvin Məmmədovdur.

Artıq onarla müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı E.Məmmədov 2009/2011-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub. Ç.Diniyev isə Şahin Diniyevin oğludur.

AzVision.az


Teqlər:  





Xəbər lenti